Françayzinq

Tanınmış “fast food” restoran və kafelər şəbəkəsi olan Shaurma №1  tezhazırlan qida sahəsində ilk milli ad olmağın qürurunu hiss edir. Artıq illərdir ki, biz keyfiyyətli və sağlam qidaya milli ləzzətlər də qataraq, tamamilə yeni təamlarla müştərilərimizə yüksək səviyyəli xidmət göstəririk.  Biz təkcə müştərilərimizə yüksək dəyər vermir, həm də əməkdaşlıq etdiyimiz şirkətlərlə sıx əlaqələr qurmağı hədəfimiz olaraq müəyyən etmişik. Françayzinq təklifimiz də bizim restoranlar şəbəkəsinin qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin bir hissəsidir.

Brandbook

Bizim təcrübəmizdən istifadə edərək, françayzing xidmətindən yararlanmağınızın bir neçə üstünlükləri var:

  • Unikal məhsul – sağlam tezhazırlanan qida ilə müştərilərə müasir dövrün ən rahat qidalarından birini təqdim edirsiniz.

  • Çoxçeşidlilik müştərilərinizin sizi seçməsinə səbəb olur.

  • Çoxillik təcrübə və müştərilərin etibarını sizinlə bölüşürük. Kafe və restoranlar şəbəkəsinin illər ərzində qazandığı ad və təcrübədən yararlanmaq imkanınız olur.

  • Düzgün qurulmuş əməkdaşlıq əlaqələri ilə qarşılıqlı fayda prinsipi əsasında işləyirik.

  • Yenilikləri daim işə tətbiq etməklə ,xidmət sahəsində daima önə doğru gedirik və əməkdaşlıq etdiyimiz şəbəkələr də bu yeniliklərdən yararlanmaq imkanı qazanır.

  • Sürətli inkişaf tempi hər iki tərəfin maraqlarını təmin etməyə qadirdir.

Marketing tələbləri

İnsanların çox keçdiyi və sıx olduğu məkanlarda. Şəhər mərkəzi, ticarət mərkəzləri və yaxud da əsas yolların kəsişmə nöqtələrində yerləşən məkanlara üstünlük verilir. Ofislər, biznes mərkəzlərinə, Universitet və bu kimi insanların kütləvi olduğu digər müəssisələrə yaxın ərazilərdə.

Texniki tələblər

- Qida təhlükəsizliyi standartlarına tam cavab vermək
- Təmizlik və sanitariya məsələlərinə ciddi yanaşmaq
- Məkanda lazımlı texnikanın quraşdırılması üçün kifayət qədər yerin olması

Françayzing qiymətləri

“Shaurma №1” ilə françayzing proqramı əsasında əməkdaşlıq etməyin sizə bəxş edəcəyi üstünlüklər aşkardır. Siz partnyor kimi tanınmış brendin biznes modelindən istifadə edir və qazandığı etibardan yararlana bilirsiniz. Bundan əlavə, biz sizə uyğun qiymətlər də təklif edirik. Nəticədə qarşılıqlı fayda üzərində qurulmuş effektiv əməkdaşlıq yaranır.

Əlaqə üçün

Bizimlə əlaqə qurmaq üçün öz müraciətinizi: [email protected]
E-mailı vasitəsilə göndərməyiniz xahiş olunur.

Çatdırılma