Haqqımızda

Bütün dünyada olduğu kimi, ölkəmizdə də həyat tempinin hər gün daha da sürətlənməsi müşahidə olunur. Fast food restoran və kafelər şəbəkəsi olan Shaurma №1 –də tezhazırlan qida sahəsində ilk milli ad olmağın qürurunu hiss edir. Artıq neçə ildir ki, biz keyfiyyətli və sağlam qidaya milli ləzzətlər də qataraq, tamamilə yeni təamlarla müştərilərimizə yüksək səviyyəli xidmət göstəririk.

Ən böyük uğurumuz müştəri məmnuniyyətidir

Fəaliyyətə başladığımız ilk gündən etibarən, daima müştəri məmnuniyyətini hər şeydən önəmli hesab etmiş, ən keyfiyyətli və sağlam qidalarla onları qarşılamağı əsas iş xəttimiz olaraq müəyyən etmişik. Bu yolda qazandığımız uğurları müştərilərimizin sevgisi və sadiqliyi sayəsində dərk edir, onlara daha da gözəl xidmət etməyə çalışırıq.

Həm sürətli, həm ləzzətli

Zamanın sürətli keçməsi və gün ərzində görüləcək işlərin artması nəticəsində bir çox hallarda yemək hazırlamağa zaman çox da qalmır. Bu halda da qeyri-sağlam, tez hazırlanan qidalar ilə sağlamlığımıza ziyan da vura bilirik. Biz isə Fast Food anlamını yeniləyərək, ilk milli fast food restoranımızla bu anlama sağlamlıq və ləzzət bəxş etdik. Yeməklərimizin başdan çıxaran ətri sizi hələ onların dadına baxmamış bihuş edəcəkdir.

Damaq dadınıza uyğun müxtəlif ləzzətlər

Müştərilərimizin fərqli damaq dadını nəzərə alaraq, onların tələblərinə uyğun menyu yaratmışıq. Şərqin və qərbin ləzzətlərini bir konseptdə birləşdirərək, sizə istədiyiniz ləzzətləri daha da yaxın etdik. Shaurma №1-in eksklüziv menyu təklifi ilə hamının ləzzət aldığı şaurmadan əlavə, pizza, lahmacun, bir-birindən ləzzətli desertlər, müxtəlif kokteyllər və digər spirtsiz içkilər də sifariş edə, hər gününüzə bir ləzzət qata bilərsiniz.

Çatdırılma