Karyera

Biz komandamız üçün işçi axtarışına olduqca məsuliyyətli yanaşırıq, çünki, məhz onlar uğurumuzun əsasını təşkil edir. Enerjili və aktiv, daima öyrənməyə və işini daha yaxşı görməyə həvəsli olan, qonaqpərvər və səmimi əməkdaşları komandamızda görməyə hər zaman şad olarıq.

*CV faylı seçməmiziniz.

Gülərüz Komanda

Qonaqpərvərlik bizim ən gözəl keyfiyyətlərimiz sırasındadır. Əgər siz gözəl qidaları sevir, həqiqətən də insanlara sevinc və ləzzət bəxş etmək istəyirsinizsə, bizə qoşulmaq üçün fürsətləri dəyərləndirməkdən çəkinməyin.

Pulsuz Nahar Yeməyi

Əməkdaşlarımızın əhvalı bizim üçün çox önəmlidir. Gün ərzində özünüzü enerjili hiss etməniz üçün şirkət tərəfindən pulsuz ləzzətli naharla da təmin ediləcəksiniz.

Perspektivlər

Sizi birlikdə işləməkdən və inkişaf etməkdən zövq alacağınız kollektiv gözləyir. Biz öz işçilərimizə iş üçün yaxşı şərait, peşəkarlıq  yolunda addımlamaq imkanı və karyera yüksəlişi vəd edirik.

Filiallar

Sizə ən yaxın məkanımızı seçin! Shaurma №1 şəhərimizin fərqli nöqtələrində fəaliyyət göstərən filialları ilə keyfiyyət və ləzzəti sizin yaxınlığınıza gətirir. Hər bir filialımızda şirkətimizə xas yüksək keyfiyyət və mükəmməl xidməti hiss edə biləcəksiniz.

Çatdırılma